Türkiyədə daha bir fişəng faciəsi – 3 ölü, 6 yaralı + VİDEO


Türkiyədə fişəng yüklənmiş avtomobildə partlayış baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sakarya vilayətində avtomobilə yüklənmiş fişənglərin partlaması nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib. Hadisə barədə Türkiyənin Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə, avtomobildəki fişənglər bir neçə gün qabaq partlayış baş vermiş fabrikda qalan digər fişənglər olub. Verilən məlumatlara görə fabrikdən götürülmüş fişənglər boş əraziyə məhv edilməsi üçün aparılırmış. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top