Dünyada COVID-19-dan ölənlərin sayı 550 mini ötdü – SON RƏQƏMLƏR


Dünyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, bu günə qədər dünyada 12 milyon 170 min 742 nəfər koronavirusa yoluxub, 552 min 114 nəfər isə həmin virus səbəbilə dünyasını dəyişib. Xəstəlikdən sağalanların sayı isə 7 milyon 70 min 188-ə çatıb.
Qeyd edək ki, dünyada yeni növ koronavirusa ən çox yoluxma halının qeydə alındığı ölkə ABŞ-dır. Orada 3 milyon 158 min 932 nəfər COVID-19-a yoluxub, 134 min 862 nəfər isə həmin virus səbəbilə dünyasını dəyişib. İkinci sırada Latın Amerikası ölkəsidir. Braziliyada bu günə qədər 1 milyon 716 min 196 nəfər koronavirusa yoluxub, 68 min 55 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top