Prokurorluğun həbs etdiyi məmur topladığı rüşvəti yataq otağına yığırmış – VİDEO


Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət alması ilə bağlı məlumatı vermişdik.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun yaydığı görüntülərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri L. Qədirovun qanunsuz əldə etdiyi plastik kartları və rüşvət yolu ilə topladığı pul vəsaitlərini yataq otağına yığdığı müşahidə edilir. Videoda, həbs olunmuş məmur 61 işçisinin olduğunu bildirib və qanunsuz əldə etdiyi plastik kartlardan pulları şəxsən özünün bankomatdan çəkdiyini etiraf edib.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top