ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp yazdığı yeni kitabında Tramp ailəsi və yaxınları barədə maraqlı məlumatlara toxunub.
Yeniavaz.com “BBC Türkce”yə istinadla xəbər verir ki, həmin kitabda Trampın ailə sevgisi görmədən böyüdüyü qeyd edilib. Kitabın adı belədir: “Həddindən çoxdur, ancaq, heç vaxt kifayət etmir: Mənim ailəm dünyanın ən təhlükəli adamını necə hazırladı” (Too Much and Never Enough: How My Family Created the World's Most Dangerous Man). Meri Tramp ABŞ prezidentinin keçmişi barədə danışarkən bildirib ki, əmisinin ikinci dəfə ABŞ prezidenti seçilməsi ölkədə demokratiyanın sonu olacaq:
“Məhz bu səbəblə kitab yazmaq qərarına gəldim. Tramp qayğısız ata və xəstə ananın yanında böyüyüb. O, anası tərəfindən bir il tərk edilib. Atası isə onun sağlam psixologiyada böyüməsi üçün heç bir tədbir görməyib. Donaldın həmin dövrdə məhrum qaldığı şeylər ona kobud, öyülməyi sevən birisi olmasına gətirib çıxardı. Trampın xəstəliyi o qədər qarışıqdır ki, onu ətraflı başa düşmək üçün əsla qəbul etməyəcəyi psixoloji və neyropsixoloji testə ehtiyacı var”.
Meri Tramp, Donaldın atasının da zorba biri olduğunu və bu tip xarakterlərin ona atasından keçdiyi qeyd edib.
Tramp ailəsi isə deyilən iddiaları qəbul etmədiklərini və kitabın nəşrinin dayandırılması üçün məhkəməyə müraciət etdiklərini bildirib.