"İstidən təriniz maskaya hopursa istifadə etməyin!" – Bu əlamətlər arta bilər


Havaların isti keçdiyi günlərdə koronavirusdan qorunmaq üçün tibbi maska istifadəsi çətin olur. Bir müddət istifadədən sonra üzümüz tərləməyə başlayır. Lakin istidən tərləyən üzlə birlikdə, bu tər maskalara da keçir. Bu da bəzi insanlarda baş ağrılarına səbəb olur. Bu zaman nə etməli? 
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı beyin və sinir xəstəlikləri üzrə uzman Dr. Ali Yılmaz açıqlama verib. Həkim bildirib ki, istidə uzun müddət istifadə edilən tibbi maskalara görə tərləyən insaların baş ağrı şikayətləri çox olur: “Hər insan ömründə ən azı bir dəfə də olsa baş ağrısından şikayət edib. Bu bir xəstəlik deyil, bəzi xəstəliklərin əlamətidir (damar xəstəlikləri, miqren və s.). Buna görə də baş ağrılarını ciddi araşdırmaq lazımdır. Oksigensiz qalmaq baş ağrısına səbəb olduğu kimi normadan artıq oksigen də baş ağrısına səbəb ola bilər. Havalar çox istidir, buna görə də maska taxan insanlarda boğulma hissi olur. Bu da baş ağrılarına səbəb olur.  İsti havalarda gündə təxminən bir litr suyu nəfəsimizlə ifraz edirik. Bu suyun bir hissəsi maskada qaldığından maskaların oksigen keçiriciliyini azalda bilər. Nə qədər keyfiyyətli maska istifadə etsəniz də tərləmə olacaq. Buna görə yanlız olduğunuz zaman maskanızı havalandırmalısınız. Əgər maska tərdən normadan artıq su olubsa bu zaman istifadə etməyin. Tərli maskanı yenidən taxdığınızda  nəmli olduğundan nəfəs almaq daha da çətinləşəcək”. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top