TASS: “Türkiyə 2019-cu ildə S-400-ü F-16 üzərində sınaqdan keçirib”


Rusiyanın TASS xəbər agentliyində Türkiyənin S-400-ü 2019-cu ilin noyabr ayında sınaqdan keçirdiyi barədə xəbər yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, agentlik Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini 2019-cu ilin noyabr ayında F-16 və F-4 qırıcı təyyarələri üzərində sınaqdan keçirdiyini bildirib. Agentliyinə danışan, adı açıqlanmayan rusiyalı mənbə bu məlumatı doğrulayıb.
Qeyd edək ki, “Army Recognation” xəbər saytı S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfindən F-22 və F-35 qırıcı təyyarələri üzərində sınaqdan keçirildiyi iddiasını yaymışdı. TASS xəbər agentliyi isə yayımladığı yeni xəbərlə məlumatın doğru olmadığını sınaqların sadəcə F-16 və F-4 üzərində keçirildiyi bildirildi.
Xatırladaq ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı 2,5 milyard dollarlıq müqavilə bağlanıb. 2019-cu ilin iyul ayından başlayaraq S-400-ün Türkiyəyə təhvil verilməsi prosesi başlayıb. S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometr məsafədə, 30 kilometr hündürlükdə təyyarə, kruiz, ballistik raketləri o cümlədən quruda istifadə edilən digər silahları vurma qabiliyyətinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top