Hərbi Prokurorluğun şöbələrinə yeni rəislər təyin olunub - ƏMR


Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya  nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Qəhrəmanov Şöhrət Qazaxəli oğluna Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilib.

DİGƏR XƏBƏRLƏR

Top