BMT-də ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymani barədə qərar verildi.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, BMT iranlı general Qasım Süleymaninin öldürülməsinin beynəlxalq qanunlara zidd olduğunu açıqlayıb. ABŞ tərəfindən təqdim edilən sübutların isə generalın öldürülməsinin qanuni sayılması üçün kifayət etmədiyi bildirilib. Təqdim edilən BMT sənədində “General Qasım Sülyemani İranın Suriya və İraqdakı hərbi əməliyyatlarından məsul şəxs idi. Ancaq, başqalarının həyatı üçün təhkükəli şəxs deyildi”, - deyə bildirilib.
Xatırladaq ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə İraqda hava limanından çıxarkən ABŞ-a aid pilotsuz təyyarələr tərəfindən vurularaq öldürülmüşdü.