Ukraynada meşə yanğınında 6 nəfər öldü - VİDEO


Ukraynanın qərbindəki Luqansk şəhərində baş vermiş meşə yanğınında 6 nəfər həyatını itirib, 9 nəfər xəsarət alıb, 110 evə ziyan dəyib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumat Ukrayna Prezidenti Aparatı tərəfindən təsdiqlənib.
Prezident Vladimir Zelenski hadisə ilə bağlı təcili iclas keçirib. İclasda Daxili İşlər Naziri Arsen Avakov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Dövlət Föqaladə Hallar İdarəsinin rəhbəri Nikolay Çeçetkin iştirak edib.
Yanğın 120 hektarlıq ərazidə baş verib. Yanğının söndürülməsində Ukrayna Silahlı Qüvvələrinin köməyindən istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top