Mətin Akpınar və Müjdat Gəzənin həbsi istənir


Türkiyənin məşhur aktyorları Müjdat Gəzən və Mətin Akpınarın həbs olunması istənib.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, aktyorların həbslərinin istənməsinə səbəb, Uğur Dündarın 21 dekabr 2018-ci il tarixində “Halk Arenası” adlı proqramında iştirak etdikləri vaxt, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına xoş olmayan ifadələr istifadə etmələri olduğu bildirilib.
Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi tamamlanıb. İttiham aktında Müjdat Gəzən və Mətin Akpınarın "prezidenti açıq şəkildə təhqir etdiyi" üçün 1 il, 2 ay və 4 il 8 ay həbs cəzası almaları tələb olunub. İddia ərizəsi, Anadolu Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Xatırladaq ki, Müjdat Gəzən və Mətin Akpınar, 24 dekabr 2018-ci il tarixində Kartaldakı Anadolu Ədliyəsində Teror və Mütəşəkkil Cinayətkarlığa qarşı İstintaq İdarəsində ifadələri alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmışdılar.

DİGƏR XƏBƏRLƏR

Top