Dünyada koronavirusa yoluxanların sayı 12 milyona yaxınlaşdı


Dünyada yeni növ koronavirus pandemiyasına yoluxan və ölənlərin sayı artdı.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-a yoluxanların sayı 11 milyon 955 min 637-yə çatıb. Həmin xəstəlik səbəbilə ölənlərin sayı isə artaraq 546 min 721 olub. 6 milyon 902 min 360 nəfər isə pandemiyadan sağalaraq evə buraxılıb. Dünyada koronavirusa ən çox yoluxma halının qeydə alındığı ölkə ABŞ-dır. Həmin ölkədə 3 milyon 97 min 84 min COVİD-19-a yoluxub, 133 min 972 nəfər isə dünyasını dəyişib. Yoluxma sayına görə ikinci sırada Braziliyadır. Orada bu günə qədər koronavirusa yoluxanların sayı 1 milyon 674 min 655 nəfərdir. 66 min 868 nəfər isə bəhs edilən xəstəlik səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top