Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.
Yeniavaz.com apa-ya istinadla xəbər verir ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.
O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.