İcra başççısı: "Prezidentin diqqətinə çatdırdım ki, Mingəçevirin əsas problemi ..."


Mingəçevirdə “Qurucular” parkı yenidən təmir edilir.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhərində parklarda, xiyabanlarda yenidənqurma işləri davam etdirilir. “Qurucular parkı” adlanan park tamailə yenidən qurularaq sakinlərin ixtiyarına veriləcək. Bu məqsədlə bu gün şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərdə gedən işlərlə yaxından tanış olub, görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, parkın bu günkü görkəmi nə şəhərin görkəminə, nə də insanların zövqünə uyğun deyil: “Bunu nəzərə alaraq qərarlaşdırdıq ki, buranı da yenidən quraq. Ona görə də memarlıq şöbəsinə verdiyim tapşırığa əsasən bu ərazinin bərpa layihəsi hazırlanıb. Həmin layihə parkda uyğun yerdə vurulacaq və insanlar biləcək ki, burada hansı işlər aparılacaq”.
Daha sonra başçı bu ilin iş palnını da nəzərə çatdırıb. Qeyd olunub ki, şəhərin Tərəvəzçilik, Az.Dress, Sağ Sahil yaşayış massivlərində və iki ərazidə insanların rahat istirahəti üçün guşələrin yaradılması planlaşdırılır:
“Şəhərin Nizami parkı yenidən qurulacaq. Eyni zamanda Tarix muzeyinin qarşısındakı boş meydanda Avropa ölkələrində müşahidə olunan xüsusi şəlalə kompleksi yaradılacaq”.
Başçı onu da bildirdi ki, Prezident İlham Əliyev Mingəçevirdə səfərdə olarkən insanlar üçün istirahət guşələrinin yaradılması ilə bağlı göstəriş verib: “Mən cənab prezidentə məruzə etdim ki, bizim əlimizdə 5 layihəmiz var və biz bu işlərə başlayıb Mingəçevirdə əlavə 5 istirahət guşəsi yaradacağıq. Biz də planlaşdırırıq ki, çox iş görüb şəhəri daha da abad edək. Məlumat verim ki, artıq layihələr işlənir, yaxın günlərdə hazır olacaq. Bir icra başçısı kimi biz Mingəçevirdə olan problemləri yaxşı bilirik. Cənab prezident şəhərimizdə səfərdə olarkən məndən problemlərimizi soruşanda prezidentin diqqətinə çatdırdım ki, Mingəçevirin əsas işsizlik problemi var. Cənab prezident bunun həllinə dair artıq İqtisadiyyat Nazirliyinə tapşırıqlar verib və Bakıda, Sumqayıtda yaradılan layihələr Mingəçevirə yönəldiləcək. Artıq mənim özümün də 3 təklifi var. Mən cənab prezidentdən şəhərin istilik sisteminin bərpası üçün xahiş etmişəm. Mingəçevirdə pandemiya ilə əlaqədar dezinfeksiya işləri görülür, əhali ilə maarifləndirmə işləri aparılır. Bu xəstəlik artıq Mingəçevirdə də yayılıb. Çalışırıq ki, bütün diqqəti bu işlərin üstünə yönəldək və yoluxma halları çoxalmasın”.
Qeyd edək ki, şəhərin H.Aslanov küçəsində aparılan işlər də artıq yekunlaşmaq üzrədir. Həmin əraziyə də baxış keçirilib.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top