ABŞ-da COVID-19-a yoluxanların sayı 3 milyonu ötdü


ABŞ-da yeni növ koronavirus pandemiyasına yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, ABŞ-da son 24 saatda 50 min 586 nəfər yeni növ koronavirusa yoluxub, 378 nəfər isə dünyasını dəyişib. Nəticədə Birləşmiş Ştatlarda COVİD-19-a yoluxanların ümumi sayı 3 milyon 41 min 129-a, ölənlərin ümumi sayı isə 132 min 993-ə çatıb. 1 milyon 325 min 516 nəfər isə müalicə edilərək sağaldılıb.
Qeyd edək ki, ABŞ-da koronavirusun ən çox yayıldığı ştat Nyu-Yorkdur. Orada bugünə qədər 422 min 851 nəfər həmin xəstəliyə yoluxub, 32 min 267 nəfər isə dünyasını dəyişib. İkinci sırada isə 277 min 433 yoluxma ilə Kaliforniya ştatı dayanır. Həmin ştatda bu günə qədər ölənlərin sayı isə 6 min 445 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top