Türkiyədə koronavirusa yoluxama və ölüm halları azalıb


Türkiyədə yeni növ koronavirusa yoluxanların və ölənlərin sayında azalma müşahidə edilib.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Türkiyədə son sutkada 1086 nəfər COVİD-19-a yoluxub, 16 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Bu rəqəmlər son iki həftədə Türkiyədə qeydə alınan koronavirus statistikasında ən aşağı rəqəmlərdir. Ötən ayın ortalarından başlayaraq qardaş ölkədə gündəlik yoluxma sayı 1500-ə, ölüm halları isə 30- çatırdı. Ancaq, iyulun əvvəllərindən başlayaraq bu rəqəmlər azalmağa başlayıb.
Xatırladaq ki, bu günə qədər dünyada 11 milyon 764 min 154 nəfər COVİD-19-a yoluxub, 541 min 230 nəfər isə həmin virus səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top