"Rusiyanın yaxın gələcəkdə Ukraynaya hücum etmə planı ola bilər"

 
Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksi Neyjpapa, Rusiyanın yaxın gələcəkdə Krım yarımadasından Ukraynanın Xerson vilayətinə hücum etmək ehtimalının olduğunu söyləyib.
Yeniavaz.com “DHA”ya istinadən xəbər verir ki, Oleksi Neyjpapa, Rusiyanın altı il əvvəl işğal etdiyi Krım yarımadasının su problemi ilə qarşılaşdığını diqqətə çatdırıb.
Neyjpapa, Rusiyanın əvvəllər Dnepr çayından yarımadaya su ötürən Krım kanalını ələ keçirmək üçün Xerson vilayətinə hücum edə biləcəyini dilə gətirib. Komandan, özlərini davamlı olaraq bu ehtimalın baş verməsinə hazırladıqlarını deyib.
O, həmçinin qeyd edib ki, Ukraynanın hazırladığı "Neptun" raketləri Rusiyanın ələ keçirdiyi Krımın Sevastopol bazasını Ukraynanın nəzarətində olan ərazisindən vurmağa qadirdir.
Ən böyük məqsədlərinin Ukrayna Hərbi Dəniz Qüvvələrini inkişaf etdirmək olduğunu deyən Oleksi Neyjpapa, Qara dəniz və Azov dənizi sahillərindəki fərqli yerlərdə donanma üçün yeni bazaların yaradılması layihəsi ilə məşğul olduqlarını bildirib. Onlar Ukrayna donanmasının yalnız Odessa və Oçakovdakı kiçik limanlarla kifayətlənməyəcəyini vurğulayıb.
Komandan bildirib ki, onun ən böyük məqsədi, Rusiya tərəfindən belə bir hücum təşkil ediləcəyi təqdirdə, Ukraynanın ilk zərbəni dənizdən endirməsini istəyir.
Xatırladaq ki, 2014-cü ilin mart ayında Rusiya, Ukraynadakı inqilab şərtlərindən faydalanaraq, Ukraynanın Krım yarımadasını ələ keçirib və orada keçirilən referenduma əsaslanaraq işğal etdiyini elan edib.

DİGƏR XƏBƏRLƏR

Top