Kremldən Aya Sofyanın statusu ilə bağlı RƏSMİ AÇIQLAMA


Kreml hesab edir ki, Aya Sofya kilsəsinin statusu Türkiyənin daxili işidir, lakin ümid edir ki, Türkiyə rəhbərliyi bu müqəddəs məkanın əhəmiyyətini nəzərə alar. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bunu şərh edə bilmərik, bu Türkiyə Respublikasının daxili işidir. Bildiyiniz kimi bu məsələ ilə bağlı Rus Pravoslav Kilsəsinin mövqeyini əks etdirən Patriarxın və XİN rəhbərinin müavini Verşinin bəyanatları oldu. Mən onu deyə bilərəm ki, şübhəsiz biz ümid edirik ki, Aya Sofyanın statusu ümumdünya irsin obyekti kimi nəzərə alınacaq", - deyə Peskov bildirib.

O vurğulayıb ki, Aya Sofya Rusiya da daxil olmaqla bütün ölkələrdən Türkiyəyə ziyarətə gələn turistlər üçün şah əsərdir: "Turizm əhəmiyyətindən başqa Aya Sofiya sakral, mənəvi dəyərə malikdir. Biz bütün bunların həmkarlarımız və tərəfdaşlarımız tərəfindən nəzərə alınacağına ümid edirik".//sputnik

DİGƏR XƏBƏRLƏR

Top