Prezident “Fairmont”dakı hadisədən danışıb: Biabırçı hadisə dözülməzdir - VİDEO


"Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Ona görə, biz məcbur olduq cərimələri artırdıq. Karantin rejimində məcbur bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir. Bütün qaydalar insanların sağlamlığının qorunmasına hesablanıb.  

Yeniavaz.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib. Prezident “Fairmont” hotelində karantin rejiminin pozulmasından da danışıb:

"Biz görəndə ki, insanlar nümayişkaranə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızı, xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır". 

 

DİGƏR XƏBƏRLƏR

Top