Bir ay əvvəl itkin düşən şəxsin meşədə asılmış meyiti tapıldı


Salyanda itkin düşən şəxsin intihar etdiyi məlum olub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bir ay əvvəl itkin düşən Salyan rayonunu Beşdəli kənd sakini, 1970-ci il təvəllüdlü Quliyev Aqil Qulu oğlu Kür çayı sahilində meşədə asılmış vəziyyətdə aşkar edilib.
Bir ay əvvəl evdən gedən A.Quliyev təxminən həmin vaxtda da özünü asaraq intihar edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top