Yeni növ koronavirusun yayılmasından sonra Çində daha bir təhlükəli xəstəlik ortaya çıxıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Çində Monqolustan Muxtar Rayonunun Bayannur şəhəri ndə yerləşən xəstəxanada müalicə alan bir şəxsdə bubonik vəba xəstəliyi aşkarlanıb. Bununla bağlı hökumət rəsmiləri əhaliyə xəbərdarlıq ediblər. Xəstəliyin əlamətləri olan hər kəsin həkimə müraciət etməsi tələb edilib. Bubonik vəba xəstəliyin daşıma ehtimalı olan bütün heyvanların ovlanması qadağan edilib. Ümumdünya Səhiyyə Təşklilatından verilən məlumata görə, bu xəstəlik vəhşi gəmirgən vasitəsilə yayılır. Vaxtında müdaxilə edilmədiyi təqdirdə xəstəliyə yoluxan şəxslərin 24 saatda dünyasını dəyişə bilir. Xəstəliklərin ilkin əlamətləri limfa vəzlərində ağrılı şişlik və iltihablanmadır. Müalicə edilmədiyi təqdirdə bakteriyalar bədənin digər orqanlarına o cümlədən ağciyərə yayılır.