AzTV-nin tanınmış idman şərhçiləri koronavirusa yoluxdular - xəstəxanaya yerləşdirildilər


"Daha iki əməkdaşımızın COVID-19 testinin nəticəsi pozitiv olub. Bunlar Fikrət Adıgözəlov və Rövşən Binnətlidir".
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
N. Rəfiyeva koronavirusa yoluxmuş hər iki əməkdaşın xəstəxanaya yerləşdirildiyini bildirib: “Hazırda AzYV-də əməkdaşlar növbəli rejimdə çalışırlar. Əvvəl 1000 nəfər işçi çalışırdısa, indi onun sayını daha da azaltmışıq". 

***13:23
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Konkret.az"a AzTV-də yerləşən İdman kanalından məlumat veriblər.
Həmin məlumata görə, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artıq bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.
AzTV-nin mətbuat xidməti bununla bağlı ayrıca məlumat olacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top