Virusdan qoruyan yeni növ maskalar hazırlanır


Bütün dünyada koronavirusla mübarizə çərçivəsində istifadəsi məcburiləşdirilən maskaların yeni növləri istehsal olunur.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ və Yaponiyanın birgə istehsalı olan “UVMask” adlı bu maskalarının N95-dən daha yaxşı olduğu qeyd olunur. Səbəb isə ultrabənövşəyi şüaların ani olaraq havadakı hissəcikləri təmizləməsidir.
Maska 0,1 mikron ölçülü hissəcikləri süzmək qabiliyyətinə malikdir. N95 maskasında isə bu nisbət 0,3 mikrondur.
Bu maskanın içərisinə batereya yerləşdirilib. Hansı ki, ultrabənövşəyi şüalar həmin batereyalar vasitəsilə ilə təmizlik aparır. Batereyalar 6 saat enerji saxlamaq gücünə malikdir. Olduqca sürətli bir şəkildə enerji toplayan maska bir çox cihazda istifadə olunan USB-C tipli giriş aparatı ilə də enerji yığa bilir. Maskanın içindəki filtrlər dəyişdirilə bilər. Maska avqust ayından etibarən satışa çıxarılacaq. Maskanın qiyməti 99 dollar (168,30 AZN), filtrinin qiyməti isə 2 dollardır (3,40 AZN).

DİGƏR XƏBƏRLƏR

Top