Hindistanlı iş adamı özünə qızıldan maska hazırlatdı - VİDEO


Hindistanda koronavirusdan qorunmağa çalışan iş adamı özünə 4 min dollar dəyərində qızıl maska düzəltdirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hindistanlı iş adamı Şankar Kuradenin hazırlatdığı qızıl maskanın ağırlığı 55 qramdır. İş adamı öz maskasını yerli zərgərlik dükanında hazırlatdırıb. Nəfəs ala bilmək üçün qızıl maskaya xırda dəliklər də qoyulub.
Qeyd edək ki, Kurade və ailəsi Hindistanda qızıl həvəskarı kimi tanınır.
Xatırladaq ki, bu günə qədər Hindistanda 698 min 233 yoluxma, 19 min 703 ölüm faktı qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top