Floydun öldürülməsində iştirak edən daha bir polis azadlığa buraxıldı - FOTO


ABŞ-da qaradərili Corc Floydun ölümündə əli olan polislərdən biri, Tou Tao azadlığa çıxıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Taonun 750 min dollar kəfalət ödədiyi məlum olub. O, Floydun ölümündə iştirak edən 4 polisdən biridir. Onlardan Tomas Leyn və Aleksandr Kuenq bir müddət əvvəl azaldığa buraxılmışdı. Derek Çauvin isə hələlik həbsdə saxlanılır.
Qeyd edək ki, Çauvin qaradərili Corc Floydu dizi ilə boğaraq öldürən polisdir.
Xatırladaq ki, Corc Floyd 20 dollarlıq saxta əskinasdan istifadə etməsi şübhəsi ilə saxlanılmışdı. Polis, aralarında keçən mübahisədən sonra onu yerə yıxaraq boğmağa başlamışdı. Floydun dəfələrlə “nəfəs ala bilmirəm” deməsinə baxmayaraq polis ona qarşı zorakılığa davam etmişdi. Nəticədə qaradərili hadisə yerində dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top