Dünyada koronavirusa yoluxanların sayı 11,5 milyonu ötdü


Dünyada yeni növ koronavirusdan ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19 səbəbilə ölənlərin sayı 536 min 842-yə, yoluxanların sayı isə 11 milyon 563 min 4-ə çatıb. Bu günə qədər 6 milyon 537 min 735 nəfər isə həmin xəstəlikdən sağalıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxma sayının ən çox olduğu ölkə ABŞ-dır. Orada bu günə qədər 2 milyon 982 min 928 nəfər COVİD-19-a yoluxub, 132 min 569 nəfər isə dünyasını dəyişib. İkinci sırada isə Braziliya dayanır. Braziliyada son sutkada 536 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib, 26 min 209 nəfər isə həmin virusa yoluxub. Nəticədə ölkədə koronavirusdan ölənlərin ümumi sayı 64 min 900-ə yoluxanların sayı isə 1 milyon 604 min 585-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top