Talassemiya mərkəzi təyyarə sərnişinlərindən COVID-19 testi götürür? - RƏSMİ AÇIQLAMA


Xəbər veridiymiz kimi, iyul ayının 7-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

Yeniavaz.com xatırladır ki, yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısında Talassemiya mərkəzi də qeyd olunmuşdu.

Milli Hematologiya və Transfuziologiya Mərkəzi məzələ ilə bağlı məlumay yayıb.

Məlumatı olduğu kimi təqdim edirik:

"Vətəndaşlarımızın və pasiyentlərimizin diqqətinə!

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində vətəndaşlar üçün koronavirus (COVID19) infeksiyasının laborator testlərinin aparılması ilə bağlı mətbuatda yer alan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, koronavirus (COVID19) testləri yalnız Mərkəzimizdə müalicə alan pasiyentlər və Mərkəz çalışanları üçün aparılır.

Bir daha qeyd edirik ki, Mərkəzimizdə kənardan müraciət edən vətəndaşlar üçün koronavirusun (COVID19) laborator testləri aparılmır".

DİGƏR XƏBƏRLƏR

Top