Koronavirusa yoluxan alimin həyat yoldaşı da xəstəxanaya yerləşdirildi – YENİLƏNİB

AMEA-nın Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun həyat yoldaşı Elnurə Ababsova da xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ailənin yaxınları Oxu.Az-a məlumat veriblər.

Qeyd edilib ki, Elnurə Abbasova da həyat yoldaşı kimi “Yeni Klinika”ya yerləşdirilib.


***18:36
AMEA-nın Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov xəstəxanaya yerləşdirilib.

Məsələ ictimailəşdirildikdən sonra bir çox tanınmış şəxslər, eləcə də sosial şəbəkə istifadəçiləri məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlayıb. TƏBİB-in idarə heyətinin rəhbəri Ramin Bayramlı məsələyə dərhal reaksiya verib və məsələnin diqqətdə saxlanılacağını vurğulayıb. 

İdris Abbasovun həyat yoldaşı Elnurə Abbasova faktı təsdiq edib. O bildirib ki, artıq İdris Abbasov “Yeni Klinika” tibb müəssisəsinə yerləşdirilib:

“Məsələ ilə bağlı bizə köməklik göstərən hər kəsə təşəkkür edirik. Artıq İ.Abbasov klinikaya yerləşdirilib. Yaxın zamanda məni də həmin klinikaya yerləşdirəcəklər”.

Qeyd edək ki, məsələ ilə bağlı AMEA-nın rəhbərliyi, Milli Məclisin deputatları, media nümayəndələri, elm adamları və sosial şəbəkə istifadəçiləri tərəfindən sosial mediada çoxsaylı paylaşımlar edilib.


***15:51
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər", - məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl institut İdris Abbasovun səhhəti ilə bağlı məsələnin AMEA-nın diqqətində olduğu və rəhbərlik tərəfindən ona hər cür maddi və mənəvi kömək göstəriləcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, ötən gün tənqidçi Əsəd Cahangir koronavirusa yoluxduğu təsdiqlənən İdris Abbasovun və həyat yoldaşının hələ də xəstəxanaya yerləşdirilmədiyi və heç bir tibbi yardım almadığı barədə məlumat yayıb.

O qeyd edib ki, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir. O, İ.Abbasovun övladlarının da quru öskürəyi və qızdırması olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top