Bakıda məşhur hotel karantini belə pozdu – hətta elan da veriblər – FOTO/VİDEO

Bakı başda olmaqla 16 şəhər və rayonda xüsusi karantin rejiminin müddəti uzadılsa da, paytaxtın mərkəzində "Alov qüllələri" kompleksindəki "Fairmont Baku" hotelində insanların hovuz kənarında istirahət etməsi ilə bağlı görüntülər yayılıb.

Nazirlər Kabineti Yanında Operativ Qərargah xüsusi karantin rejiminin iyulun 20-dək uzadılmasına dair qərarı rəsmən açıqlasa da, hotellərdə hovuz və restoranların fəaliyyəti qanunla qadağan olunsa da, "Fairmont Baku" buna əməl etməyib. Hotel müştərilərinə çağırış edərək, "Həftəsonunu bizimlə birgə keçirin"  müraciətini edib. Yeniavaz.com xəbər verir ki, bu barədə hotel iki gün əvvəldən elan da paylaşıb:


Hotelin bu barədə paylaşımına karantin olması ilə bağlı rəy yazan izləyicilərə isə belə cavab verilib: “Fairmont Bakı otelinin açıq havada fəaliyyət göstərən hovuzu yalniz oteldə qalan müştərilər tərəfindən istifadə olunub. Qeyd edek ki, otel hökumət tərəfindən qoyulan ve korporativ bütün qaydalara əməl edir. Təmizlik ve karantin qaydalari ən yüksək səviyyədə icra olunur”.

Xatırladaq ki, karantinin sərtləşdilməsi nəticəsində 5 nəfərin bir yerə toplaşması qadağan olduğu üçün son günlər kifayət qədər xüsusi karantin rejimini pozan şəxslər aşkar edilərək müvafiq qaydada məsuliyyətə cəlb olunublar. 

Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top