Yevlaxda qanunsuz fəaliyyət göstərən trenajor zalı aşkar olunub - FOTO


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top