Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.
Yeniavaz.com xəbər verir ki, Modern. az-ın məlumatına görə, deputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.
Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.