Bakı meriyasında koronavirusa yoluxanlar var? - RƏSMİ CAVAB

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında COVİD-19 testi pozitiv çıxmış şəxs yoxdur.

Yeniavaz.com xəbər verir ki, bunu Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Modern.az-a bildirib.

M.Hüseynov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığına əsasən, ayda iki dəfə əməkdaşlar testdən keçirilir:

“Ayın əvvəli və sonunda profiliaktika, həmçinin əməkdaşların sağlamlıqlarının təhlükəsizliyinin təmin olunması məqsədilə koronavirus testi həyata keçirilir. Testlərin keçirilməsi təhlükə tam aradan qalxanadək davam etdiriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top