Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı


Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top