Sobsan boya zavodundakı yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB


Binəqədi rayonundakı Sobsan boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək öz iş yerlərinə qayıdıblar”.
Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. bu kimi tez alışan maddələr əksəriyyət təşkil edib.

//APA

00.14


Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

 




 


22.43
Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.
Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.



20.43
Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 
FHN faktı təsdiqləyib.

 

DİGƏR XƏBƏRLƏR

Top