Vilayət Eyvazov DYP-də kadr dəyişikliyi edib

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.
Yeniavaz.com avtosfer.az-a istinadla xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə o, Sumqayıt Regional Qeydiyyat İmtahan şöbəsinə rəis təyin olunub. Əlövsət Şamilov bu gün şəxsi heyətə təqdim edilib. 
Şöbənin əvvəlki rəisi isə Gəncə Regional Qeydiyyat İmtahan şöbəsinə rəis vəzifəsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top