Türkiyədə güclü partlayış - 2 nəfər öldü, çox sayda yaralı var - VİDEO


Bu gün səhər saatlarında Sakaryanın Xəndək mahalında bir çox nöqtələrindən partlayış səsləri eşidilib. 
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, hadisə baş verən an fabrikdə 150-200 nəfər işçinin olduğu bildirilib.
Partlayış nəticəsində 2 nəfər dünyasını dəyişib, biri ağır 74 nəfər isə yaralanıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qrupları ara-ara təkrarlanan partlamalar nəticəsində alovları söndürməkdə çətinlik yaşayıblar 
Sakarya ilə yanaşı qonşu Düzcə əyalətində də partlayış səsləri eşidilib. Güclü partlayışlar nəticəsində yaxınlıqdakı binaların pəncərələri qırılıb.
Bölgəyə xeyli sayda yanğınsöndürmə qrupları və təcili yardım cəlb olunub. Partlayış nəticəsində fabrikin qapı və dam örtüyünün uçduğu bildirilib. 

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top