Həbib Nurməhəmmədovun atası vəfat etdi


Tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.
Yeniavaz.com
“Lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib:
"Dostlar sizə kədərli bir xəbər verirəm. Abdulmanaf Nurməhəmmədov vəfat ediv. Çeçen xalqı adından onun ailəsinə başsağlığı verirəm".
Qeyd edək ki, Abdulmanaf Nurməhəmmədov koronavirusa yoluxmuşdu. Daha sonra onun COVİD-19-dan sağaladığı xəbərləri yayıldı. Sonrakı mərhələdə yenidən vəziyyətinin ağırlaşması səbəbilə Moskvada reanimasiyaya yerləşdirildi. Abdulmanaf Nurməhəmmədov həmin xəstəxanada infakt keçirərək komaya düşmüşdü.
 

DİGƏR XƏBƏRLƏR

Top