Rusiya Liviyadakı səfirliyini bərpa etdi - YENİLƏNİB


“Rusiya hökuməti Liviyada səfirliyini bərpa etmək barədə qərar verib. Yeni qərara əsasən Liviyada açılan səfirliyə Camşed Boltayev rəhbərlik edəcək”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bugünkü çıxışı zamanı deyib. O bildirib ki, Camşed Boltayev müvəqqəti olaraq Tunisdə oturacaq ancaq, Rusiyanın Liviya səfiri kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, 2 oktyabr 2013-cü ildə Rusiyanın Liviyadakı səfirliyinə hücum edilmişdi. Təhlükəsizlik səbəbilə Rusiya müvəqqəti olaraq səfiri geri çağırmışdı.

***15:00
Rusiyanın Xarici İşlər Nazirliyi Liviya ilə bağlı yeni qərarlarını açıqlayıb.
Yeniavaz.com
“Hürriyet”ə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Liviyada yenidən səfirlik açmaq qərarına gəldiklərini bildirib. Bu barədə ətraflı məlumatın hökumət tərəfindən açıqlanacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top