Ancaq bu hallarda icazə almadan yaşayış yerini tərk etmək olar – Operativ Qərargah


Sərt karantin rejimi dövründə vətəndaşların xüsusi hallarda icazə almadan yaşayış yerini tərk etməsi mümkündür.
Yeniavaz.com xəbər verir ki, Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top