Halsızlığa səbəb olan problemlər və mübarizə yolları


İnsanın gün ərzində yaşadığı gərgin həyat tərzi onun özünü yorğun, halsız hiss etməsinə səbəb olur. Yorğunluq və halsızlığın qarşısını almaq və gümrah həyat yaşamaq üçün qabaqlayıcı tədbirlər həyata keçirmək lazımdır. Bəs, bu problemi necə aradan qaldıra bilərik?
Yeniavaz.com
xəbər verir ki, insan bədənində meydana gələn halsızlığın ən başlıca səbəbi qan azlığıdır. Gün ərzində qan azlığı səbəbilə meydana gələn fiziki yorgunluq mental, yəni zehni yorğunluğa da yol aça bilər. Eyni zamanda sözügedən problem, mineral və vitamin əksikliyinin əmələ gəlməsinə, əhval-ruhiyyənin tez-tez dəyişməsinə və  depresiya kimi xroniki yorğunluğun yaranmasına əsas verir. Sadalanan problemlərin yaratdığı halsızlığı aradan qaldırmaq üçün balanslı şəkildə qidalanmaq, lazımi vitamin və minerallardan istifadə etmək lazımdır. Təbii və bitki mənşəli məhsullara əlavə olaraq, yorğunluq davamlı davam edərsə, bir mütəxəssisə müraciət etmək məsləhət olunur.
Demək olar ki, hər yaş həddində meydana gələn halsızlıq, insan bədənində çox ciddi şəkildə yorğunluq əmələ gətirir. Xüsusilə gənclərdə özünü göstərən bu narahatlığın başlıca səbəbi yenə də vitamin və mineral əksikliyidir.
Halsızlıqdan əziyyət çəkən insanın ən çox diqqət edəcəyi məqamlar aşağıdakılardır:
- Bir qayda olaraq səhər yeməyi yeyilməlidir;
- Bol-bol su içilməlidir. Yetkinlik yaşına çatmış hər bir insan gün ərzində orta hesabla 2 litr su içmək;
- Tərkibində omeqa 3 olan məhsullar istifadə etmək;
- Qatıq istifadə etmək;
- Yaşıl və ağ çay içmək;
- Davamlı olaraq yumurta və ət yemək;
- Mütləq şəkildə trans yağlardan uzaq durmaq;
- Yuxu rejiminə diqqət etmək;
- Gündəlik həyatda idmanla məşğul olmaq vacib amildir.
 Sağlam və doğru həyat tərzi yaşamaq insanı yorğunluqdan uzaqlaşdırmaq yolunda ilk addımdır.
Xanımlar özlərindəki bu yorğunluğu aradan qaldırmaq üçün bitki mənşəli qarışımlardan istifadə etməlidirlər. Tamamilə təbii və bitki mənşəli qarışımlar sayəsində daha sağlam həyat tərzi keçirmək mümkündür.
- Fındıq, qoz və badam kimi çərəzlər istehlak etmək;
- Hər gün müntəzəm şəkildə su içmək;
- Qara çörək otu yemək;
- Duru yeməklərdə mütəmadi olaraq soğan və sarımsaq istifadə etmək;
- Yaşıl çay içmək;
Xroniki yorğunluq zaman keçdikcə insanda ciddi problemlər yaradır. Bu vəziyyət tək fiziki problemlərə yox, həmçinin psixoloji problemlərə də yol aça bilər. Belə olduğu halda dəqiq diaqnoz və müayinə qoyulması üçün mütəxəssisə müraciət edilməlidir. Çünki qan səviyyəsinin aşağı olması, C və D vitaminlərinin azlığı, psixoloji pozğunluq, qeyri-sağlam pəhriz xroniki yorğunluğa səbəb olur.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top