“Exit-poll”un ilkin nəticələrinə görə, rusiyalıların 71,2 faizi “hə” deyib


Rusiyada Konstitusiyaya dəyişikliklərə dair səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, “exit-poll”un ilkin nəticələrinə görə, rusiyalıların 71,2 faizi ölkənin ali qanununa dəyişiklikləri dəstəkləyib. Səs verənlərin 28,3 faizi bu dəyişikliklərə qarşı çıxıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda protokolların 30 faizi hesablanıb. Nəticədə səs verənlərin 74,1 faizinin dəyişikliklərə tərəfdar olduğu müəyyən edilib.

Seçici fəallığı təxminən 65 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top