ABŞ-da koronavirusun yayılmasında maska taxmayanların nə qədər təsirli olduğu barədə araşdırma aparılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da maskanın virusların yayılmasına necə mane olduğuna dair videoçarx hazırlanıb. Araşdırmada hansı maskanın nə qədər qoruyucu olduğu da müşahidə edilib.
Nəticələrə görə, maska taxılmayanda viruslu damcılar 50 saniyədə təxminən 3,7 metr uzağa gedə bilir. Maska taxdıqda isə bu məsafə bir neçə santimetrə düşür. Konusvari maskalardan isə virusun sadəcə 20 santimetr uzaqlaşdığı ortaya çıxıb.
Virusun ən çox yayıldığı maska isə elastik parçalardan hazırlanmış maskalar olub. Normal parçadan hazırlanan maskaların virusu 1 metr, standart tibbi maskaların isə 30 santimetr kənara buraxdığı qeyd edilib.
Araşdırma zamanı sosial məsafənin önəmli olduğu da vurğulanıb. Çünki, virus istənilən maskadan kənara çıxa bilir.
Bəhs edilən videogörüntüləri təqdim edirik: