ABŞ-da uşaqlar arasında bir çox orqanlara təsir edən çox sistemli iltihab sindromu aşkarlanıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, “New England Journal of Medicine” jurnalında dərc olunan araşdırmada virus və xəstəlik daşıyan uşaqların bədənlərinin müxtəlif hissələrində (ürək, ağciyər, böyrək, dəri və sinir sistemi kimi daxili orqanları) iltihab əmələ gətirdiyi müəyyənləşdirib.
ABŞ xəstəliklərə Nəzarət və Proflaktika Mərkəzindən verilən məlumata görə, bənzər hal, martın əvvəlindən may ayının sonuna kimi ölkədə, 8 yaşında olan 285 uşaqda aşkarlanıb. Simptomlar 6 uşağın dəyişməsinə səbəb olub.
Xəstəliyə yoluxan uşaqlarda 24 saat davam edən hərarət 38 dərəcə çox olur. Onlarda əsasən qanda iltihablanma prosesində göstəricilər artır, bu isə öz növbəsində ən azı 2 daxili orqanda narahatlığa səbəb olur. Xəstəlikdən əziyyət çəkən uşaqlarda ürək bulanması və ishal kimi həzm sisteminin pozulması halları müşahidə olunur. Bəzi uşaqlarda bu, nadir hallarda rast gəlinən kavasaki xəstəliyinə bənzər iltihablı ödəm və ürək xəstəlikləri problemlərini qabarda bilər.
Tədqiqata rəhbərlik edən Boston Uşaq Xəstəxanasının həkimi Dr. Adrienna Rendolf xəstəlikdən əziyyət çəkən uşaqların 80 faizində koronar arteriya anevrizması kimi ürək-damar tıxanıqlığı problemlərinin olduğu və bu cür xroniki narahatlığı olan uşaqların COVID-19dan xüsusilə qorunmasını tövsiyə edib.
Rendolf, hər hansı bir xroniki narahatlığı olmayan, ancaq ağır çəkili olub eyni xəstəlikdən əziyyət çəkən uşaqların 30 faizi afro-amerikalı və ya ispan mənşəli olduğunu açıqlayıb.
İlk dəfə Avropada rast gəlinən xəstəliyin dünyada 1000-ə yaxın uşağa təsir etdiyi təxmin edilir.