Koronavirusa yoluxan ana övladına süd verə bilər? – Pediatr AÇIQLADI


"Əgər ana koronavirusa yoluxubsa və ya özündə, övladında hər hansı bir narahatlıq hiss edirsə, bu zaman ana südünün verilməsini dayandırmamalıdır. Koronavirus süd ilə keçmir. Buna görə də ana, övladına südü verməyə davam etməlidir. Çünki ana südü körpəyə ötürülən anticisim, immunitet mənbəyidir. Təbii ki, ana bu zaman qoruyucu maska taxmalıdır".
Bu sözləri pediatr Aytən İsmayılzadə Yeniavaz.com-a müsahibəsində deyib.
Həkim yeni uşaq dünyaya gətirən analara müraciət edərək panikaya düşməməyə çağırıb: “Panika, daxili stress südün kəsilməyinə səbəb ola bilər. Stress hormonları bu zaman uşağa keçir, immunitetin zəifləməsinə səbəb olur. Bu eyni zamanda hamilə qadınlara da aiddir. Elə olub ki, 4 aylıq körpə virusa yoluxub və bir gün qızdırmadan sonra sağalıb”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top