Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ


"Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib"


Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq: "Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 may" xətti üzrə 2 dəqiqə intervalla olacaq".

B. Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top