Son 24 saatda Moskvada 55 nəfər koronavirusdan öldü


Rusiyada yeni növ koronavirusdan ölən və yoluxanların sayı artıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada son sutka ərzində 55 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 2 min 9 yüz 19 nəfər həmin xəstəliyə yoluxub. Ölkədə son bir gündə koronavirusa yoluxanların sayı isə 8984 nəfərdir. Qeyd edək ki, Moskva şəhəri Rusiyada yeni növ koronavirusun ən çox yayıldığı və ölüm hadisəsinin  qeydə alındığı şəhərdir.

DİGƏR XƏBƏRLƏR

Top