"İmtahana görə bəzi tələbələrin mobil nömrələri üçün internet paketləri sifariş etmişik" - Rektor


Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov tələbələrə müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, rektor müraciətində tələbələrə onlayn imtahanda iştirak etmək üçün hər cür şərait yaradılacağını deyib: “Əziz tələbələr, bildiyiniz kimi dünyada, eləcə də ölkəmizdə mövcud vəziyyətlə əlaqədar olaraq yay imtahanları onlayn şəkildə təşkil ediləcək. İmtahanların başlanmasına bir neçə gün qalıb. Ucqar kənd yerlərində yaşayan tələbələrin mobil nömrələri üçün internet paketləri sifariş etmişik ki, onlar çətinliklə qarşılaşmasınlar. Hazırki vaxtda tələbələrin bir şəkildə qiymətləndirilməsi aparılmalıdır. Bunun üçün isə imtahanlara qatılmaq lazımdır. Heç bir narahatlığa əsas yoxdur, məlum məsələdir ki, hər tələbə onlayn dərslərə qatıla bilməyib. Lakin bütün tələbələrimizə imtahan sualları və cavabları çatdırılıb. İmtahanda iştirak edən tələbələrin hamısına, nəticələrindən asılı olmayaraq tədris ilini uğurla başa vurmaları üçün maksimum dəstək göstəriləcək. Bütün tələbələrimizə uğur və müvəfəqqiyyətlər arzu edirəm!”

DİGƏR XƏBƏRLƏR

Top