Neft yenidən bahalaşdı


Azərbaycan neftinin qiyməti bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,97 dollar artaraq 43,38 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" markalı  neftinin qiyməti sonuncu dəfə 22 aprel tarixində 15,8 dollara düşərək anti-rekorda “imza atıb”.
Onu da bildirək ki, "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top