Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi - FOTO


Milli Şuranın üzvü Gültəkin Hacıbəyli YAP-çı deputat Siyavuş Novruzovun ötən gün parlamentdə hakimlərlə bağlı etdiyi təklifi dəstəkləyib. 
Yeniavaz.com
xəbər verir ki, Siyavuş Novruzov Avropa Məhkəməsinin çıxardığı təzminat qərarlarının hakimlərin maaşından çıxarılmasını təklif edib: "Hakimin prosedur qaydalarını pozmasına görə Avropa Məhkəməsi Azərbaycana qərar çıxarır. Həmin pul isə Azərbaycan vətəndaşının ödədiyi vergiylə zərərçəkmiş şəxsə qaytarılır. Halbuki bu pul hakimlərin əməkhaqqından tutulmalıdır”.
Siyavuş Novruzov qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat təzminat təyin edilib. 
Gültəkin Hacıbəyli deputatın təklifini dəstəkləyib və feyzbuk da bu barədə paylaşım edib. O paylaşımında bunları yazıb: “Siz yaxşı təkliflər verin, biz dəstəkləyək! Dəstəkləyirəm”


DİGƏR XƏBƏRLƏR

Top