İranda daha 75 nəfər koronavirusdan vəfat etdi


Son sutka ərzində İranda koronavirusdan 75 nəfər vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 8209 nəfərə çatıb.
Məlumata görə son sutka ərzində koronavirusa 2269 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, İranda indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 169425 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top