Parça maskalar virusdan qoruyur? – ÜST AÇIQLADI


Koronavirusdan qorunmaq üçün maska taxmaq vacibdir. Buna görə də satışda müxtəlif növ maskalar var. Həmin maskalardan biri də parçadan hazırlananlardır. Bəs onların qoruyuculuq təsiri varmı?
Yeniavaz.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı sözügedən maskaların da qoruyucu effekti olduğunu açıqlayıb.
“Tədqiqatlarla bağlı yeni nəticələrimiz var. Əgər düzgün istifadə edilərsə, parça maskalar da infeksiyadan qoruyur. Lakin, 3 qatdan ibarət olmalıdır. İlk iki qat polyester parçadan olmalı, üçüncü qat isə filtr funksiyasını yerinə yetirməlidir”, - deyə açıqlamada qeyd olunub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top